Komitə sədri: "Mövzu seçimində ciddi boşluqlar var"

Elm və Təhsil

03.12.2025 12:03

“Mövzu seçimində ciddi boşluqlar qalır: təsdiq mərhələsində lazımi dəqiqlik göstərilmir, elmi rəhbərlər tələbələrlə sistemli işləmədiyi üçün proses nəzarətsiz gedir, müzakirələrdə isə təqdim olunan işləri əksər hallarda heç kim diqqətlə oxumur”.

TodayPress TV xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyevin AMEA-nın 80 illiyindəki çıxışına həsr olunmuş “Sosial-siyasi elmlər, müasir çağırışlar fonunda: Beyin mərkəzləri, akademik elm və universitetlər” mövzusunda təşkil edilən dəyirmi masada Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov səsləndirib.

Komitə sədri qeyd edib ki, Ali Attestasiya Komissiyasında rast gəlinən əsas çətinliklər mövzuların qeyri-dəqiq təsdiqi, elmi rəhbərlərin prosesə lazımi səviyyədə yanaşmaması və müzakirələrdə təqdim olunan işlərin yetərincə araşdırılmaması ilə bağlıdır:

“2027-ci ildən müəllimlərin əməkhaqlarının artırılması üzrə pilot mexanizmin tətbiqi prezident İlham Əliyevin müəllim əməyinə göstərdiyi xüsusi dəyərin real təzahürüdür. Ümumiyyətlə, tədqiqat universitetlərinin inkişafı ali təhsil üçün yeni mərhələ deməkdir. Elmi-tədqiqat mərkəzlərinin formalaşması isə bu torpaqların bizə məxsus olduğunu dünyaya sübut etmək baxımından strateji əhəmiyyət daşıyır”.

Qiymət Mahir

TodayPress TV

tag: AMEA,Attestasiya,Komissiya,Torpaq,Todaypress.tv,