Fransa səfirliyində “Beynəlxalq Fransız dili müəllimləri günü” keçirildi

Elm və Təhsil

28.11.2025 00:21

Fransa səfirliyində “Beynəlxalq Fransız dili müəllimləri günü” keçirilib.

TodayPress TV xəbər verir ki, tədbirdə səfirlər, fransız dili müəllimləri və digər şəxslər iştirak edib.

Əvvəlcə Fransanın ölkəmizdəki səfiri Sofi Laqutt çıxış edərək Azərbaycanda fəaliyyət göstərən fransız dili müəllimlərinin fəaliyyətini yüksək qiymətləndirdiyini deyib.

“Bizim üçün prioritet Azərbaycanda fransız dilinin təbliğidir. Mən Azərbaycan hökuməti ilə işləyəcəyəm və bacardığım qədər fransız dilinin öyrənilməsi, inkişafı üçün çalışacağam”, deyə səfir vurğulayıb.

Tədbirdə Gəncə Dövlət Universitetində çalışan fransız dili müəllimi Vüsalə İskəndərovaya Fransanın təhsil nazirinin təltif etdiyi “Palmes académiques” mükafatı Sofi Laqutt tərəfindən təqdim edilib.

Vüsalə İskəndərova minnətdarlığını bildirib və bundan sonra da fransız dilinin inkişafı üçün çalışacağını deyib.

TodayPress TV

tag: Fransa,Beynəlxalq Fransız Dili Müəllimləri Günü,Sofi Laqutt, Fransız, todaypress.tv,