Emin Əmrullayev Gürcüstanda görüşlər keçirdi
Elm və Təhsil
06.12.2025 13:00
Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın qabaqcıl ali təhsil müəssisələrindən olan Tbilisi Dövlət Universiteti və Gürcüstan Texniki Universitetinə səfər edib.
Bu barədə Elm və Təhsil Nazirliyindən TodayPress TV-yə verilən xəbərə görə, səfər çərçivəsində elm və təhsil naziri sözügedən universitetlərin laboratoriyaları və maddi-texniki bazası ilə yaxından tanış olub, eyni zamanda ali təhsil sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.
Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfər çərçivəsində Gürcüstan Parlamentinin Təhsil, elm və gənclərlə iş üzrə komitəsinin sədri Mariam Laşxi ilə də görüşüb.
Görüş çərçivəsində iki ölkə arasında elm və təhsil sahəsində, xüsusilə ümumi və ali təhsil pillələri üzrə əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.
tag: Emin Əmrullayev,Elm ,Təhsil,Görüş,Todaypress.tv,
