Elm və Təhsil Nazirliyinin tabeliyindəki üç birlik ləğv edildi

Elm və Təhsil

08.12.2025 16:50

Elm və Təhsil Nazirliyinin tabeliyindəki “Nafta” Elmi İstehsalat Birliyinin, “Aşqar” Elmi İstehsalat Birliyinin və “Kompozit” Elmi İstehsalat Birliyi ləğv edilib.

TodayPress TV xəbər verir ki,  Nazirlər Kabineti bu barədə qərar verib.

Elm və Təhsil Nazirliyi “Nafta” Elmi İstehsalat Birliyinin, “Aşqar” Elmi İstehsalat Birliyinin və “Kompozit” Elmi İstehsalat Birliyinin ləğv edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri tədbirlər görsün və nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir. Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi, A Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası bu Qərardan irəli gələn digər məsələləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll etməlidir.

TodayPress TV

tag: Elm və Təhsil Nazirliyi,“Nafta” Elmi İstehsalat Birliyi,“Aşqar” Elmi İstehsalat Birliyi, “Kompozit” Elmi İstehsalat Birliyi,Todaypress.tv,