Bəhruz Əzimov: “Təhsilə qoyulan investisiya gələcəyə sərmayədir”
Elm və Təhsil
25.12.2025 10:45
“Təhsil Tələbə Krediti Fondunun etdiyi nəticələr və uzunmüddətli fəaliyyət perspektivi məhz düzgün formalaşdırılmış institusional əsaslarla bağlıdır”.
TodayPress TV xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun 4 illik fəaliyyətinin nəticələrinə həsr olunmuş hesabat xarakterli təqdimatda Fondun İdarə Heyətinin sədri Bəhruz Əzimov bildirib.
O deyib ki, uğurlu və davamlı hər bir sistem düzgün və möhkəm təməl üzərində qurulmalıdır.
Onun sözlərinə görə, bu prinsip tikinti sahəsində olduğu kimi, institusional fəaliyyət üçün də əsas meyardır.
Fond sədrinin sözlərinə görə, Azərbaycanda təhsilə qoyulan hər bir investisiya gələcəyə yönəlmiş strateji sərmayədir. O xatırladıb ki, ölkənin sosial-iqtisadi inkişaf strategiyasında — həm 2022–2026-cı, həm də 2027–2030-cu illər üzrə müəyyən edilmiş milli prioritetlərdə təhsilin gücləndirilməsi xüsusi yer tutur:
“Məqsəd yalnız güclü və dayanıqlı dövlət qurmaq deyil, eyni zamanda savadlı, bilikli və rəqabətqabiliyyətli cəmiyyət formalaşdırmaqdır. Bu baxımdan təhsil siyasəti dövlət siyasətinin əsas istiqamətlərindən biridir və dövlətin bu sahəyə göstərdiyi diqqət artıq real nəticələrlə özünü göstərir. Təhsil Tələbə Krediti Fondu da bu siyasətin mühüm institusional alətlərindən biri kimi gənclərin ali təhsilə çıxış imkanlarının genişləndirilməsində mühüm rol oynayır”.
Qiymət Mahir
tag: Bəhruz Əzimov,TTKF,Hesabat,Təqdimat,Todaypress.tv,
