Bəhruz Əzimov: “Hazırda TTK üzrə tərəfdaş bank kimi yalnız Kapital Bank fəaliyyət göstərir”
Elm və Təhsil
25.12.2025 11:42
“Hazırda təhsil kreditlərinin rəsmiləşdirilməsi yalnız Kapital Bank vasitəsilə həyata keçirilir”.
TodayPress TV xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Bəhruz Əzimov qurumun 4 illik fəaliyyətinə dair hesabat tədbirində banklarla əməkdaşlıq məsələsinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, bunun əsas səbəbi banklarla əməkdaşlıq üçün müəyyən edilmiş texniki və institusional tələblərdir.
Sədr bildirib ki, tərəfdaş bank seçimi zamanı əsas meyarlardan biri bankın ölkə üzrə reytinq göstəricilərinin müəyyən səviyyədən aşağı olmaması, digəri isə tam rəqəmsal, onlayn kredit rəsmiləşdirmə infrastrukturuna malik olmasıdır.
Bəhruz Əzimovun sözlərinə görə, hazırda bu tələblərə cavab verən yeganə bank Kapital Bankdır və məhz bu səbəbdən əməkdaşlıq həmin bankla qurulub.
O əlavə edib ki, gələcək mərhələlərdə digər banklarla da əməkdaşlıq imkanlarına baxılacaq və tələb olunan şərtləri ödəyən banklarla prosesin genişləndirilməsi nəzərdə tutulur.
Qiymət Mahir
tag: Bəhruz Əzimov,TTKF,Hesabat,Təqdimat,Todaypress.tv,
