Bəhruz Əzimov: “Eyni ailədən bir neçə nəfər təhsil tələbə kreditindən faydalanıb”

Elm və Təhsil

25.12.2025 11:15

“Eyni ailədən iki və daha çox övladın təhsil alması hallarında Təhsil Tələbə Krediti mexanizmi ailələrin maliyyə yükünün azaldılmasına mühüm töhfə verir”.

TodayPress TV xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Bəhruz Əzimov qurumun 4 illik fəaliyyətinə dair hesabat tədbirində deyib.

O bildirib ki, indiyədək 1 667 ailədə iki tələbə üzrə 3 334 nəfərə, 41 ailədə üç tələbə üzrə 123 nəfərə, 3 ailədə isə dörd tələbə üzrə 12 nəfərə təhsil tələbə krediti rəsmiləşdirilib.

Bəhruz Əzimov qeyd edib ki, ümumilikdə 1 711 ailədən 3 469 tələbə TTK mexanizmindən yararlanıb. Onun sözlərinə görə, bu tələbələrin 1 461-i sosial TTK, 2 008-i isə standart TTK çərçivəsində kredit əldə edib.

Sədr vurğulayıb ki, bu göstəricilər ailələrdə bir neçə övladın ali təhsil alma imkanlarının genişlənməsinə, sosial ədalətin təmin olunmasına və təhsilin əlçatanlığının artırılmasına xidmət edir.

Qiymət Mahir

TodayPress TV

tag: Bəhruz Əzimov,TTKF,Hesabat,Təqdimat,Todaypress.tv,