Bəhruz Əzimov: “400-dən çox tələbənin işlə təmin olunmasına nail olmuşuq”

Elm və Təhsil

25.12.2025 11:53

“Fondun müxtəlif şirkət və qurumlarla qurduğu əməkdaşlıqlar nəticəsində 400-dən çox tələbənin işlə təmin olunmasına şərait yaradılıb”.

TodayPress TV xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Bəhruz Əzimov qurumun 4 illik fəaliyyətinə dair hesabat tədbirində tələbələrin məşğulluğu ilə bağlı görülən işlərdən danışarkən deyib. 

Onun sözlərinə görə, ilk belə əməkdaşlıq 2022-ci ildə “Archico” şirkəti ilə imzalanmış memorandum çərçivəsində həyata keçirilib və həmin vaxt 11 tələbə işlə təmin olunub.

Bəhruz Əzimov bildirib ki, hazırda bu əməkdaşlıqlar genişlənərək müxtəlif sahələri əhatə edir. Tələbələr “front office”, “back office”, inzibati və digər istiqamətlər üzrə işlə təmin olunurlar. Onun sözlərinə görə, bir sıra holdinqlər və şirkətlərlə tərəfdaşlıq çərçivəsində bu proses davam edir.

Sədr əlavə edib ki, təhsil kreditindən yararlanan tələbələr arasında qızların üstünlük təşkil etməsi də diqqət çəkir. Bu meyl artıq ümumi orta təhsil mərhələsindən formalaşır və sosial amillərlə bağlıdır. Onun fikrincə, bu məsələ ayrıca elmi və sosial araşdırma mövzusu ola bilər.

Qiymət Mahir

TodayPress TV

tag: Bəhruz Əzimov,TTKF,Hesabat,Təqdimat,Todaypress.tv,