AYİB Türkiyədə gənc sahibkara kredit ayıracaq

Elm və Təhsil

04.12.2025 20:30

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Türkiyədəki "Youth in Business" (TurYiB) proqramı çərçivəsində 35 yaşadək gənc sahibkarlar tərəfindən idarə olunan və ya onlara aid olan müəssisələrin kreditləşdirilməsi üçün 50 milyon ABŞ dollarına qədər (43 milyon avro) vəsait ayıracaq.

TodayPress TV xəbər verir ki, bu barədə AYİB məlumat yayıb.

"TurYiB proqramı gənc sahibkarlığın inkişafına və gənc biznes sahiblərinin dəstəklənməsinə yönəlib. AYİB tərəfindən veriləcək maliyyə dəstəyi, Avropa İttifaqı tərəfindən "European Fund for Sustainable Development Plus" (EFSD+) vasitəsilə təmin edilən "first loss cover" (ilk zərər örtülməsi) və Türkiyə Maliyyə və Xəzinə Nazirliyi tərəfindən təmin edilən Türkiyə Kredit Zəmanət Fondu (KGF) ilə birlikdə risk bölüşdürmə mexanizmləri ilə müşayiət olunacaq," - məlumatda qeyd edilir.

AYİB-in məlumatına görə, maliyyə dəstəyindən başqa, gənc sahibkarlar biznes bacarıqlarının artırılması və müəssisələrinin uzunmüddətli inkişafı üçün qeyri-maliyyə resurslarına çıxışı genişləndirmək məqsədilə ixtisaslaşmış təlimlərdə və ustad dərslərində iştirak edə biləcəklər.

Bildirilib ki, bu layihə Türkiyədə gənc sahibkarlığın davamlı iqtisadi böyüməyə və inkişafına töhfə verməyi, gənc biznes liderlərinin milli iqtisadiyyatda rolunun gücləndirilməsini hədəfləyir.

TodayPress TV

tag: AYİB,Youth in Business, türkiyə, Gənc, todaypress.tv,