Zelenski və Makron arasında telefon danışığı baş tutdu

Zelenski və Makron arasında telefon danışığı baş tutdu
23.11.2025 21:40 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı apardığını açıqlayıb.

TodayPress TV xəbər verir ki, dövlət başçısı bu barədə "Telegram"da yazıb.

Onun sözlərinə görə, Cenevrədə Ukrayna nümayəndə heyəti tərəfdaşlarla danışıqları davam etdirir və bu prosesin praktiki nəticə verməsi, Ukrayna və bütövlükdə Avropanı etibarlı sülhə və təhlükəsizliyə yaxınlaşdırması xüsusi əhəmiyyət daşıyır.

“Mövqelərimizi koordinasiya edirik. Əsas odur ki, dialoq var, diplomatiya aktivləşib. Tərəfdaşların arqumentlərimizi eşidəcəyinə ümid edirik”, -Zelenski vurğulayıb.

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər