Zelenski: "Ukrayna danışığı “Santa Barbara” serialı kimi uzanır"

Dünya

14.03.2026 14:00

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün danışıqların Yaxın Şərqdəki gərginlik səbəbindən “Santa Barbara” teleserialı kimi uzandığını bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə "Suspilne" məlumat yayıb.

Zelenski qeyd edib ki, amerikalılar onunla görüşməyə hazır olduqlarını bildiriblər, lakin bu yalnız ABŞ ərazisində mümkün olub. Çünki Yaxın Şərq münaqişəsi onların ölkəni tərk etməsinə mane olur.

Ukrayna lideri əlavə edib ki, növbəti danışıqlar mərhələsinin necə və harada keçiriləcəyi ABŞ-dən asılıdır. Kiyev hazırda Vaşinqtondan cavab gözləyir.

Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında üçtərəfli danışıqların üçüncü raundu 17-18 fevral tarixlərində Cenevrədə keçirilib.

Türkan İsgəndərli

TodayPress TV

tag: ABŞ,Ukrayna,Rusiya,Yaxın Şərq,Todaypress.tv,