Fransa nüvə başlığı daşıya bilən yeni balistik raketini sınaqdan keçirdi - VİDEO
Fransa nüvə başlığı daşıya bilən yeni "M51.3" balistik raketini ilk dəfə sualtı qayıqdan sınaqdan keçirib.
TodayPress TV xəbər verir ki, ölkə Prezidenti Emmanuel Makron bu buraxılışın ölkənin nüvə çəkindirmə gücünün etibarlılığını sübut etdiyini bildirib.
Döyüş başlığı daşımayan raket Britani sahilləri yaxınlığında "Le Vigilant" atom sualtı qayığından buraxılıb. Müdafiə Nazirliyinin məlumatına görə, raket hər hansı sahil xəttindən yüzlərlə kilometr aralıda, Şimali Atlantik okeanına düşüb.
Makron sınağı "Auvergne" hərbi gəmisindən izləyib.
Aysel Mətləb