PUA zərbələri Rusiyanın ən böyük neft emalı müəssisəsini iflic etdi

PUA zərbələri Rusiyanın ən böyük neft emalı müəssisəsini iflic etdi
06.10.2026 19:36 Dünya

Rusiyanın ən böyük özəl neft şirkəti olan "LUKOİL"in "Volqoqrad" neft emalı zavodu (NEZ) pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində avadanlıqların zədələnməsi səbəbindən oktyabrın 2-dən etibarən xam neft emalını tamamilə dayandırıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" agentliyi sahədəki iki mənbəyə istinadən məlumat yayıb.

Vilayət administrasiyası qubernator Andrey Boçarova istinadən oktyabrın 2-də regionun sənaye infrastrukturuna PUA-ların kütləvi hücumu barədə məlumat versə də, müəssisələrin adlarını qeyd etməyib.

Xatırladaq ki, Volqoqrad NEZ-inə ciddi zədələrə səbəb olan PUA-ların əvvəlki iri hücumları mayın 29-da və iyulun 31-də baş vermişdi.

Şirkətin saytındakı materiallara əsasən, Volqoqrad NEZ-i ildə təxminən 14 milyon ton xam neft emal etmək gücünə malikdir ki, bu, Rusiyanın NEZ-lərindəki ümumi emal həcminin təxminən 5%-ni təşkil edir.

Aysel Mətləb

XƏBƏR LENTİ
06 OKTYABR 2026
Bütün Xəbərlər