Zelenski: “Orban Moskva ilə razılığa gəlməlidir”

Dünya

25.02.2026 06:35

“Rusiyanın hücumu Macarıstana “Drujba” kəməri ilə neft tədarükünün kəsilməsinə səbəb olub. Budapeşt tədarükü davam etdirmək istəyirsə, Moskva ilə enerji atəşkəsi barədə razılığa gəlməlidir”. 

TodayPress TV xəbər verir ki, bu fikirləri Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə görüşündə bildirib. 

"Əgər Macarıstanın Baş naziri Viktor Orban maliyyə yardımını qadağan etmək istəyirsə, bunu Ukrayna üçün yox, Rusiya üçün edə bilər. Bu boru kəmərinin dağıdılmasının səbəbi biz deyilik”, - deyə Zelenski Macarıstanın Ukraynaya kredit verilməsinə veto qoymasını şərh edərkən vurğulayıb. 

Prezident əlavə edib ki, bu, “Drujba” boru kəmərinə dəyən ilk ziyan deyil və çox güman ki, sonuncu da olmayacaq. 

Aysel Mətləb

TodayPress TV

tag: Zelenski,Orban,Rusiya,Ukrayna,Todaypress.tv,