Zelenski Maya Sandunu təbrik etdi

Zelenski Maya Sandunu təbrik etdi
29.09.2025 13:53 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski Moldovanın Prezidenti Maya Sandunu qələbəsi münasibətilə təbrik edib.

TodayPress TV xəbər verir ki, bu barədə o, "Telegram" kanalında paylaşım edib.

Zelenski həmçinin bildirib ki, Rusiya bu seçkilərdə Moldovada “təxribatçı fəaliyyət və dezinformasiya” həyata keçirməyə çalışsa da, buna nail ola bilməyib. Onun sözlərinə görə, Ukrayna daim Moldovanı dəstəkləyəcək.

Qeyd edək ki, Moldova parlament seçkilərində rəsmi nəticələrə görə, Maya Sandunun rəhbərlik etdiyi Avropayönlü qüvvələr qalib gəlib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər