Zelenski Makronla əlavə silah tədarükü məsələsini müzakirə etdi
Ukrayna Prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makronla telefon danışığı aparıb.
TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna lideri "Telegram" kanalında məlumat verib.
Zelenski Fransaya Ukrayna xalqının müdafiəsi üçün gördüyü işlərə görə təşəkkürünü bildirib. O, həmçinin Ukraynanın prioritet ehtiyacları olan hava hücumundan müdafiə sistemləri və raketlər barədə həmkarını məlumatlandırıb.
"Biz digər tərəfdaşlarla təmaslarımızı və qarşıdakı həftələr üçün diplomatik addımlarımızı da koordinasiya etdik. Rusiyaya təzyiqi artırmaq üzərində işləyirik", – deyə paylaşımda qeyd olunub.