Zelenski itkiləri AÇIQLADI

Zelenski itkiləri AÇIQLADI
19.07.2026 11:22 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya gecə saatlarında Kiyevə qarşı müharibə dövrünün ən genişmiqyaslı ballistik raket hücumlarından birini həyata keçirib.

TodayPress TV xəbər verir ki, Zelenskinin sözlərinə görə, hücum zamanı Rusiya ordusu müxtəlif tipli 40-dan çox raket və 120 hücum tipli pilotsuz uçuş aparatı (PUA) buraxıb.

Prezident qeyd edib ki, ilkin məlumata əsasən, Kiyev və ətraf ərazilərdə 1 nəfər həlak olub, 16 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hücumun nəticələrinin aradan qaldırılması istiqamətində xilasetmə və təmizləmə işləri davam edir.

Kübra Musayeva

XƏBƏR LENTİ
19 IYUL 2026
Bütün Xəbərlər