Zelenski ABŞ-nin İrana qarşı hərbi əməliyyatını dəstəklədi

Zelenski ABŞ-nin İrana qarşı hərbi əməliyyatını dəstəklədi
27.02.2026 21:20 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin İran rəhbərliyinə qarşı mümkün hərbi əməliyyatını dəstəkləyib.  

TodayPress TV xəbər verir ki, bu barədə, o, “Sky News”a verdiyi müsahibədə bildirib. 

“Düşünürəm ki, İranda insanlar açıq şəkildə digər ölkələrə hücum etmək istəyən və çoxlu zərər verən mövcud rejimi dəyişdirmək üçün kömək axtarırlar. Mən xalqa qarşı deyil, rejimə qarşı yönəlmiş əməliyyatı dəstəkləyərdim”, - deyə Zelenski vurğulayıb. 

Ukrayna lideri ABŞ ilə İran arasındakı gərginlikdənsə, diplomatik həllə üstünlük verəcəyini qeyd etsə də, Tehranın danışıqlara hazır olduğuna şübhə ilə yanaşdığını qeyd edib. 

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər