Zelenski: "ABŞ dövləti ilə görüş olacaq"

Dünya

26.02.2026 03:44

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna nümayəndə heyəti cümə axşamı ABŞ rəsmiləri ilə görüşəcəyini deyib.

TodayPress TV "Reuters"ə istinadən xəbər verir ki, görüşdə müharibədən sonrakı bərpa planı, o cümlədən “rifah paketi” müzakirə olunacaq. Martın əvvəlində isə Rusiya ilə üçtərəfli danışıqların keçirilməsi gözlənilir.

Zelenski qeyd edib ki, hazırda əsas çətinlik hərbi deyil, siyasi iradə və ərazi məsələsidir. Onun sözlərinə görə, Ukraynanın nüvə silahı əldə etməyə çalışdığı barədə Rusiyanın iddiaları siyasi təzyiq məqsədi daşıyır və Kiyevin nüvə silahı yoxdur.

Ukrayna tərəfi qarşıdakı görüşdə hərbi əsirlərin mübadiləsi və iqtisadi sənədlərin hazırlanmasını da müzakirə edəcək.

Məlumata görə, müharibədən sonra ölkənin bərpası üçün növbəti 10 ildə təxminən 800 milyard dollar investisiya cəlb etmək planlaşdırılır. World Bank isə Ukraynanın iqtisadiyyatının yenidən qurulmasının təxminən 588 milyard dollara başa gələcəyini açıqlayıb.

TodayPress TV

tag: Zelenski, Ukrayna,ABŞ, Görüş, todaypress.tv,