Zaxarova Paşinyanı “demaqoq” adlandırdı

Zaxarova Paşinyanı “demaqoq” adlandırdı
26.06.2026 17:06 Dünya

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamalarını tənqid edib.

TodayPress TV xəbər verir ki, Zaxarova Paşinyanın Avrasiya İqtisadi Birliyi ilə bağlı son çıxışını şərh edərkən onun mövzunu demaqoqiyaya yönəltdiyini bildirib.

“Avrasiya İqtisadi Birliyi haqqında son çıxışı ilə Paşinyan KTMT-dəki iştirakının dondurulması ilə bağlı etdiyi kimi, söhbəti demaqoqiyaya yönəldir”, – deyə Zaxarova qeyd edib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin açıqlamalarından belə görünür ki, İrəvanın Avrasiya İqtisadi Birliyində iştirakı yalnız Avropa İttifaqına üzvlüyə hazırlıq məqsədilə müvəqqəti xarakter daşıyır.

Zaxarova bildirib ki, bu yanaşma Ermənistanın Avrasiya İqtisadi Birliyində həqiqi üzvlüyü kimi qiymətləndirilə bilməz və İrəvan strateji seçimi ilə bağlı suala ən qısa zamanda cavab verməlidir.

Xanım Musayeva

XƏBƏR LENTİ
26 IYUN 2026
Bütün Xəbərlər