Zaxarova: “BMT-nin qətnaməsi sülhə xidmət etmir”
Dünya
26.02.2026 23:10
“BMT Baş Assambleyasının Rusiya-Ukrayna müharibəsində atəşkəsə çağıran qətnaməsi Rusiyaya qarşı yönəlib və sülhə xidmət etmir”.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvada keçirilən həftəlik brifinqdə bildirib.
O vurğulayıb ki, sözügedən çağırış Ukrayna ordusunun yenidən silahlanması üçün vaxt qazanmağa hesablanıb və Kiyevə silah tədarükü dayandırılmalıdır.
Sözçü, həmçinin Avropa ölkələrinin Ukrayna böhranının həlli prosesinə mane olduğunu iddia edib. Zaxarova əlavə edib ki, BMT Təhlükəsizlik Şurası beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında əsas rol oynayır və qurumun ötən il qəbul etdiyi 2774 saylı qətnamə Ukrayna böhranının sülh yolu ilə həllini nəzərdə tutur.
Aysel Mətləb
tag: Rusiya,Ukrayna,Zaxarova,BMT,Todaypress.tv,
