Zaxarova Azərbaycanda rus dili bağlı yayılan məlumatları şərh etdi

Zaxarova Azərbaycanda rus dili bağlı yayılan məlumatları şərh etdi
02.07.2025 16:29 Dünya

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanda rus dilində tədrisin dayandırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

TodayPress TV xəbər verir ki, o, bu barədə brifinqdə danışıb.

"Biz bəzi media resurslarında Azərbaycanda rusdilli məktəblərin bağlanmasının planlaşdırıldığı barədə xəbərlər görmüşük. Lakin qısa müddət sonra Azərbaycanın Elm və Təhsil Nazirliyi bu məlumatı təkzib edib".

Diplomat qeyd edib ki, məsələ ilə bağlı yaranan suallar fonunda Rusiya vəziyyəti diqqətlə izləyir və Azərbaycan tərəfi ilə daimi əlaqədədir.  

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər