Böyük döyüşə az qaldı: Almaniya nəhənginin Bakı planı bəlli oldu!

Böyük döyüşə az qaldı: Almaniya nəhənginin Bakı planı bəlli oldu!
19.10.2026 12:46 İdman

Almaniyanın “Borussiya Dortmund” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda “Sabah” ilə keçirəcəyi matç üçün heyətini rəsmi saytında açıqlayıb.

TodayPress TV xəbər verir ki, baş məşqçi Niko Kovaç Bakıya 24 futbolçu gətirəcək. 

Dortmund təmsilçisinin heyətində əsas ulduzlar yer alıblar:

Qapıçılar: Qreqor Kobel, Patrik Dreves, Aleksander Mayer

Müdafiəçilər: Valdemar Anton, Niko Şlotterbek, Rami Bensebaini, Yulian Ryuerson, Juan Qadu, Daniel Svensson, Filippo Mane, Luka Recani

Yarımmüdafiəçilər və hüçumçular: Cob Bellinqem, Feliks Nmeça, Seru Qirassi, Maksimilian Bayer, Karni Çukvuemeka, İtan Nvaneri, Marsel Zabitser, Fabio Silva, Coui Verman, Kauan Prates, Samuele İnasio, Matis Albert, Entso Duarte

Almaniya klubunda yeganə itki yarımmüdafiəçi Konstantinos Karetsasdır. O, zədə səbəbindən Bakıya səfər edə bilməyəcək.

Dortmund təmsilçisi bu gün Bakı Olimpiya Stadionunda matçdan əvvəl son məşqini keçirməyi planlaşdırır. 

Xatırladaq ki, “Sabah” - “Borussiya Dortmund” qarşılaşması oktyabrın 20-də, saat 20:45-də Bakı Olimpiya Stadionunda baş tutacaq.

Namiq HUN

TodayPress TV 

XƏBƏR LENTİ
19 OKTYABR 2026
Bütün Xəbərlər