Yermak: "Ukrayna NATO-ya üzvlükdən imtina etməyəcək"
"Ukrayna NATO-ya üzvlüklə bağlı konstitusiyadan irəli gələn öhdəliyindən imtina etməyəcək"
TodayPress TV xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib.
"Ukrayna gələcəkdə NATO-ya doğru irəliləməklə bağlı konstitusion öhdəliyindən imtina etməyəcək, lakin hazırda biz reallıqda yaşayırıq. Biz NATO-da deyilik", – o vurğulayıb.
Rusiya ilə Ukrayna arasındakı münaqişənin həlli üçün Vaşinqton tərəfindən təklif olunan ilkin sülh planı 28 bənddən ibarətdir.
Aynur TAC