Yekaterinburqda keçmiş vitse-qubernator saxlanıldı
Sverdlovsk vilayətinin keçmiş vitse-qubernatoru Oleq Çemezov Yekaterinburqda saxlanılıb.
TodayPress TV "Gazeta.ru" ya istinadən xəbər verir ki, məlumata görə, keçmiş mənzil-kommunal təsərrüfatı naziri Nikolay Smirnov Çemezovun əleyhinə ifadə verib.
Çemezov sentyabrın 25-də vəzifəsindən istefa verib. O, bunu dələduzluqda ittiham edilərək ev dustaqlığına buraxılan həyat yoldaşı ilə əlaqələndirib.
Bundan əvvəl də Krasnoufimsk şəhərinin keçmiş meri həbs edilmişdi.
Jalə Rövşən