Yaşayış binasında partlayış: 47 nəfər xəsarət aldı

Yaşayış binasında partlayış: 47 nəfər xəsarət aldı
13.10.2025 13:34 Dünya

Oktyabrın 13-nə keçən gecə Berlində yaşayış kompleksində güclü partlayış baş verib.

TodayPress TV xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində 47 nəfər xəsarət alıb. Partlayış Maykl-Bohnen-Rinq küçəsində yerləşən hündürmərtəbəli binanın birinci mərtəbəsində baş verib. Ardınca yanğın başlayıb və bir neçə mənzili əhatə edib. 

Yanğınsöndürmə zamanı mənzildə daha bir neçə partlayış qeydə alınıb. Zərbə dalğası yaxınlıqdakı pəncərələri sındırıb, dağıntılar ətrafa səpələnib.

Xilasedicilər bir neçə sakini, o cümlədən ağır xəsarət alan bir nəfəri binadan çıxarıblar. O, xəstəxanaya yerləşdirilib və həkimlərin sözlərinə görə, həyatına təhlükə yoxdur. Ümumilikdə 14 nəfər xəstəxanaya aparılıb, digərləri yüngül xəsarətlər alıb.

Partlayışın səbəbi hələ məlum deyil. Polis müstəntiqləri hadisə yerində araşdırma aparır. 

Türkan İsgəndərli

TodayPress TV 

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər