Yaponiyada güclü zəlzələ baş verdi

Yaponiyada güclü zəlzələ baş verdi
26.06.2026 18:15 Dünya

Yaponiyanın mərkəzi hissəsində 5,6 maqnitudalı zəlzələ baş verib.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri Tokionun yaxınlığında, quruda yerləşib, ocağı isə 20 km dərinlikdə qeydə alınıb.

Yaponiya seysmik şkalasına əsasən, zəlzələyə 6 bal gücü təyin edilib. Bu cür yeraltı təkanlar evlərin zədələnməsinə səbəb ola bilər.

Zəlzələdən bir neçə saniyə əvvəl ümummilli xəbərdarlıq sistemi işə düşüb.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
26 IYUN 2026
Bütün Xəbərlər