Yanacaq böhranı məşhur şirkəti çətin qərar qarşısında qoydu

Yanacaq böhranı məşhur şirkəti çətin qərar qarşısında qoydu
26.06.2026 23:55 Dünya

Almaniyanın "Lufthansa" aviaşirkəti yanacaq qıtlığı səbəbindən 40-a qədər təyyarənin istismarını müvəqqəti dayandırmağa hazırlaşır.

TodayPress TV xəbər verir ki, bu barədə şirkətin baş icraçı direktoru Karsten Şpor əməkdaşlara məlumat verib.

O bildirib ki, yanacaqla bağlı vəziyyət əhəmiyyətli dərəcədə pisləşib.

Karsten Şporun sözlərinə görə, şirkət rəhbərliyi fövqəladə hallar üçün iki təxirəsalınmaz fəaliyyət planı hazırlayıb. Həmin planlar zərurət yaranacağı təqdirdə 40-a qədər təyyarənin istismarının dayandırılmasını nəzərdə tutur.

Bununla belə, yekun qərarın hələ qəbul edilmədiyi vurğulanıb.

"Bu gün biz sadəcə tədbirlər paketini müəyyənləşdirmək qərarına gəldik", - deyə Karsten Şpor bildirib.

"Spiegel"in məlumatına görə, təyyarələrin istismarının dayandırılması ilə bağlı qərar qəbul olunarsa, bu addım ən tez iyul ayından etibarən həyata keçiriləcək.

TodayPress TV

XƏBƏR LENTİ
27 IYUN 2026
Bütün Xəbərlər