XİN başçısı: "Gürcüstan bölgədə sülhün tərəfdarı olaraq qalır"

XİN başçısı: "Gürcüstan bölgədə sülhün tərəfdarı olaraq qalır"
14.10.2025 21:30 Dünya

"ATƏT sədri ilə keçirdiyim görüşdə Cənubi Qafqaz bölgəsində hazırkı vəziyyət də müzakirə olunub".

TodayPress TV xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonen ilə keçirdiyi birgə brifinqdə deyib.

Nazirin sözlərinə görə, Gürcüstan hər zaman olduğu kimi regionda sülh və sabitliyin tərəfdarı olaraq qalır.

Nazir Gürcüstanın ATƏT-lə əməkdaşlığa önəm verdiyini, təşkilatın müstəqil institutları çərçivəsində fəaliyyəti davam etdirməyə hazır olduğunu bildirib.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər