Xarkovda partlayış baş verdi

Xarkovda partlayış baş verdi
13.10.2025 12:52 Dünya

Oktyabrın 13-də səhər saatlarında Xarkovun Kiyevski rayonunda partlayış baş verib.

TodayPress TV "TASS"a istinadən xəbər verir ki, Xarkov meri İqor Terexovun Telegram səhifəsində verdiyi məlumata görə, yaşayış massivindəki partlayış nəticəsində yaxınlıqdakı binaların şüşələri sınıb. Partlayışın səbəbləri hələ müəyyənləşdirilir.

Sakinlər sosial şəbəkələrdə yazıblar ki, partlayış saat 09:20 radələrində eşidilib. Qeyd edək ki, saat 09:00-da Xarkovda hava hücumu xəbərdarlığı elan olunmuşdu.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər