Xameneinin cənazəsi Kərbəlaya aparıldı – İzdiham yaşandı
ABŞ və İsrailin hücumları nəticəsində ölən İranın sabiq Ali Rəhbəri Əli Xameneinin cənazəsi İraqın Nəcəf şəhərində keçirilən dəfn mərasimindən sonra gecə saatlarında helikopterlə Kərbəlaya aparılıb.
TodayPress TV xəbər verir ki, cənazə Həzrət Abbas türbəsinə doğru izdihamın müşayiəti ilə aparılıb.
Məlumata əsasən, mərasimdə yüz minlərlə insan iştirak edib. Tabuta yaxınlaşmaq istəyənlərin çoxluğu səbəbindən sıxlıq yaranıb.
Kərbəla valiliyi isə mərasimə milyonlarla zəvvarın qatılmasının gözlənildiyini bildirərək 9 iyul tarixini rəsmi istirahət günü elan edib.
Türkan İsgəndərli