Xamenei: “Düşmən bunu görməməlidir!”

Xamenei: “Düşmən bunu görməməlidir!”
18.07.2026 21:19 Dünya

İranın Ali Dini Lideri Müctəba Xamenei ölkə vətəndaşlarını dövlətə dəstək verməyə çağırıb.

TodayPress TV xəbər verir ki, Xamenei xalqa müraciətində qanunverici, icraedici və məhkəmə hakimiyyəti orqanlarının fəaliyyətinə etimad göstərməyin vacibliyini vurğulayıb. O bildirib ki, İran İslam Respublikasının maraqlarının qorunması üçün ayıq-sayıq və fəal olmağa davam edəcəklər.

Xamenei əlavə edib ki, düşmən İranın zəiflədiyini düşünməməlidir. Onun sözlərinə görə, bütün zəruri tədbirlər görüldüyü təqdirdə, qarşı tərəf sonda məğlub olacaq.

Kübra Musayeva

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər