Vens: “Ukrayna böhranı diplomatiya olmadan həll edilə bilməz”
Ukrayna böhranının həlli üçün diplomatik vasitələrdən istifadə etməyə davam etmək lazımdır.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens “Fox News”a verdiyi müsahibədə məlumat verib.
“Bu məsələni həll etməyin yolu diplomatik əlaqələri davam etdirməkdir. Prezident bizdən məhz bunu etməyimizi istəyir”, - deyə o bildirib.
Vens əlavə edib ki, ABŞ həm Rusiya, həm də Ukrayna ilə diqqətlə planlaşdırılmış danışıqlar aparır.
Aysel Mətləb