Vens prezident olacaq, yoxsa yox? - Tramp cavab verdi

Vens prezident olacaq, yoxsa yox? - Tramp cavab verdi
05.11.2026 07:50 Dünya

ABŞ Prezidenti Donald Tramp vitse-prezident Cey Di Vensin 2028-ci il prezident seçkilərində namizədliyini irəli sürməyə biləcəyini istisna etməyib.

TodayPress TV xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında danışıb.

O əlavə edib ki, Vensin seçkilərdə iştirak edib-etməyəcəyini dəqiq bilmir.

“İnsanlar namizədliyini irəli sürə bilər, çoxları bu addımı ata bilər. Ola bilsin ki, o, namizədliyini irəli sürməsin. Kimin namizəd olacağını bilmirəm”, – deyə Tramp bildirib.

Aysel Mətləb

XƏBƏR LENTİ
05 NOYABR 2026
Bütün Xəbərlər