Ukrayna, ABŞ və Rusiya bir masa arxasına keçir - Tarix açıqlandı

Ukrayna, ABŞ və Rusiya bir masa arxasına keçir - Tarix açıqlandı
05.11.2026 01:57 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidentinin nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə Rusiya ilə üçtərəfli danışıqlara hazırlığı müzakirə edib.

TodayPress TV xəbər verir ki, Zelenskinin sözlərinə görə, telefon danışığı təxminən 1,5 saat davam edib. Ukrayna, ABŞ və Rusiyanın iştirakı ilə üçtərəfli danışıqların bir həftədən az müddətdə keçirilməsi planlaşdırılır.

Bundan əlavə, Brüsseldə Ukrayna, ABŞ, Avropa İttifaqı, Fransa, Böyük Britaniya, Almaniya, NATO, Dünya Bankı və biznes nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Tərəflər müharibədən sonrakı Ukraynanın bərpası məsələlərini müzakirə ediblər.

Sabah isə Brüsseldə Kiyev üçün təhlükəsizlik zəmanətlərinə dair daha bir görüşün keçirilməsi nəzərdə tutulur.

Zelenski Ukraynanın müharibəyə son qoymaq üçün zəruri addımları atmağa hazır olduğunu bildirib. O, Kiyevin təkliflərinin artıq ABŞ tərəfinə təqdim edildiyini vurğulayıb.

Ukrayna lideri prioritetlər sırasında hava hücumundan müdafiənin gücləndirilməsini, xüsusilə “Patriot” sistemləri üçün raketlərin tədarükünü və ABŞ ilə “Drone Deals” təşəbbüsü çərçivəsində əməkdaşlığın inkişafını qeyd edib.

Kübra Musayeva

XƏBƏR LENTİ
05 NOYABR 2026
Bütün Xəbərlər