“Tarixin ən uğursuz prezidentidir” - İran “ağır” danışdı
İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sədri İbrahim Əzizi ABŞ Prezidenti Donald Trampı ölkə tarixinin ən uğursuz prezidentlərindən biri adlandırıb.
TodayPress TV xəbər verir ki, Əzizi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, demokratların və ya respublikaçıların hakimiyyətdə olmasının İran üçün fərqi yoxdur. Onun sözlərinə görə, Tramp xüsusilə İranla bağlı əsassız gözləntiləri və ardıcıl səhv qərarları ilə yadda qalıb.
Əzizi vurğulayıb ki, Vaşinqton İranın irəli sürdüyü minimum şərtləri yerinə yetirməyənə qədər Tehranın strateji doktrinası dəyişməz və güzəştsiz qalacaq.
Kübra Musayeva