“LANDAU Lions” Lissabonda meydan sahiblərinə tab gətirə bilmədi

“LANDAU Lions” Lissabonda meydan sahiblərinə tab gətirə bilmədi
05.11.2026 01:04 İdman

Azərbaycanın "LANDAU Lions" basketbol komandası FIBA Avropa Kubokunda Portuqaliyanın "Benfika" kollektivi ilə üz-üzə gəlib.

TodayPress TV xəbər verir ki, Lissabon şəhərində keçirilən G qrupunun V turunun oyununda ev sahibləri qələbə qazanıb - 97:76.

Xatırladaq ki, "LANDAU Lions" IV turda Türkiyənin "Denizli Basket" kollektivinə qalib gəlib - 94:86. Ölkə təmsilçisi əvvəlki üç görüşdə isə məğlub olub. Erhan Tokerin baş məşqçisi olduğu komanda Danimarkanın "Bakken Birs" (88:91), İsveçrənin "Lions de Geneve" (83:105), Slovakiyanın "Prievidza" klubuna (84:108) uduzub.

XƏBƏR LENTİ
05 NOYABR 2026
Bütün Xəbərlər