Uşaqların qida seçimi gələcək çəkilərinə təsir edir – Alimlər səbəbi AÇIQLADI

Uşaqların qida seçimi gələcək çəkilərinə təsir edir – Alimlər səbəbi AÇIQLADI
05.11.2026 06:10 Dünya

Cənubi Kaliforniya Universitetinin alimlərinin apardığı araşdırmaya əsasən, ultraemal olunmuş qidalardan daha çox kalori alan uşaqlar iştahaçan yemək görüntülərinə beynin müəyyən nahiyəsi ilə daha güclü reaksiya verirlər. Bu reaksiya sonrakı dövrdə bədəndə yağ faizinin artması ilə əlaqələndirilib.

TodayPress TV xəbər verir ki, “JAMA Network Open” jurnalında dərc olunan tədqiqata normal bədən çəkisinə malik 7-10 yaşlı 46 uşaq cəlb edilib. Alimlər onların qidalanmasını, bədən kütlə indeksini, bel çevrəsini və bədən tərkibini qiymətləndiriblər.

Funksional MRT müayinəsi zamanı uşaqlara peçenye və kartof fri kimi iştahaçan qidaların, eləcə də qida ilə əlaqəsi olmayan əşyaların şəkilləri göstərilib.

Araşdırma nəticəsində məlum olub ki, uşaqların gündəlik kalori qəbulunun orta hesabla 68 faizi ultraemal olunmuş qidaların payına düşüb. Bu qidaların rasionda payının yüksək olması beynin motivasiya, öyrənmə və mükafatlandırma proseslərində iştirak edən dorsal striatum nahiyəsinin daha güclü reaksiyası ilə əlaqələndirilib. Lakin ventral striatumda oxşar əlaqə statistik baxımdan əhəmiyyətli hesab edilməyib.

Tədqiqatçılar bir il sonra uşaqların fiziki göstəricilərini yenidən qiymətləndiriblər. Məlum olub ki, ilkin mərhələdə dorsal striatumun daha güclü reaksiyası bədən kütlə indeksinin və yağ faizinin daha çox artması ilə əlaqəlidir.

Bundan əlavə, araşdırmanın əvvəlində ultraemal olunmuş qidaların rasionda yüksək paya malik olması sonrakı dövrdə bel çevrəsinin artması ilə də əlaqələndirilib.

Aysel Mətləb

XƏBƏR LENTİ
05 NOYABR 2026
Bütün Xəbərlər