İran Hörmüz boğazında yeni müharibə taktikasına keçdi: Gəmiləri nə gözləyir?

İran Hörmüz boğazında yeni müharibə taktikasına keçdi: Gəmiləri nə gözləyir?
05.11.2026 03:41 Dünya

İran Hörmüz boğazından neft daşımalarının qarşısını almaq üçün arsenalındakı bütün vasitələrdən istifadə edir.

TodayPress TV xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Tehran partizan müharibəsi taktikasına keçib. İran gəmilərə sualtı kamikadze dronları ilə hücum edir, maqnit minaları yerləşdirir və qumbaraatanlarla təchiz olunmuş kiçik katerlərdən istifadə edir.

Bu yolla İran neft daşımalarını pozmağa və danışıqların dalana dirənməsi fonunda ABŞ Prezidenti Donald Tramp administrasiyasına təzyiqi artırmağa çalışır.

WSJ-nin məlumatına görə, oktyabr ayında Hörmüz boğazında gəmilərə qarşı 35-dən çox hücum qeydə alınıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
05 NOYABR 2026
Bütün Xəbərlər