Venesuelada ölənlərin son sayı açıqlandı
Venesuelada baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 188 nəfərə çatıb, daha 1 520 nəfər isə xəsarət alıb.
TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Milli Assambleyasının sədri Xorxe Rodriqes məlumat verib.
"Hazırkı vaxta olan məlumata görə, təəssüflə bildirmək məcburiyyətindəyik ki, zəlzələ nəticəsində 188 Venesuela vətəndaşı həlak olub. 1 520 yaralı artıq xəstəxanalara çatdırılıb və hazırda onlara tibbi yardım göstərilir. 157 nəfər isə itkin düşmüş hesab olunur", - deyə o bildirib.
Sədrin sözlərinə görə, hazırda binaların dağıntıları altında 200-dən çox insan qalıb.