Vaxtı dəyişəcək texnologiya? Türkiyənin atom saatı artıq kosmosdadır

Vaxtı dəyişəcək texnologiya? Türkiyənin atom saatı artıq kosmosdadır
19.07.2026 03:35 Dünya

Türkiyənin hazırladığı rubidium atom saatı SpaceX-in Transporter-17 missiyası çərçivəsində uğurla kosmosa göndərilib.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır məlumat verib. Onun sözlərinə görə, kosmik aparatdan ilk siqnal artıq uğurla qəbul edilib.

Bildirilib ki, yerli istehsal olan rubidium atom saatı gələcəkdə rabitə, naviqasiya, peyk texnologiyaları və elmi tədqiqatlarda istifadə olunacaq. Texnologiyanın eyni zamanda Türkiyənin regional mövqetəyinetmə və vaxtın sinxronlaşdırılması sisteminin yaradılması üçün əsas rol oynayacağı qeyd edilib.

XƏBƏR LENTİ
19 IYUL 2026
Bütün Xəbərlər