Vaşinqtonda silah çatışmır? - İranlı generaldan İDDİA
İran hücum və müdafiə silahları imkanlarına görə ABŞ-dən üstündür.
TodayPress TV xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi, general Hüseyn Möhebi bildirib.
O vurğulayıb ki, SEPAH döyüşçüləri cənub sahil zonası və Fars körfəzi adaları boyunca İranın sərhədlərini cəsarətlə qoruyurlar.
Möhebi dağıdıcı zərbələr endirmək və müdafiə olunmaq üçün əhəmiyyətli imkanlara malik İran qüvvələrinin güclü və intensiv atəşinin Hörmüz boğazını rəqib və onun müttəfiqləri üçün bağlı saxlamağa, ABŞ iqtisadiyyatına təzyiq göstərməyə, həmçinin İranı və onun ərazi bütövlüyünü qorumağa imkan verdiyini vurğulayıb. O, bu müdafiəni miqyasına görə müstəsna adlandırıb.
Generalın sözlərinə görə, SEPAH-da raket istehsalı bir dəqiqə belə dayandırılmayıb.
“Raketlərə, eləcə də hücum və müdafiə silahlarına gəldikdə, bizim mövqeyimiz ABŞ-nin mövqeyindən xeyli yaxşıdır”, – deyə Möhebi bildirib.
Onun qiymətləndirməsinə görə, Amerika tərəfi strateji silah çatışmazlığı ilə üzləşir, İran isə belə bir çatışmazlıq hiss etmir və etməyəcək:
“Əksinə, biz raket imkanlarımızı daim genişləndirir, həmçinin bu sistemlərin dəqiqliyini və dağıdıcı gücünü artırırıq”.
Aysel Mətləb