ÜST-dən Hindistan istehsalı olan siroplarla bağlı xəbərdarlıq

ÜST-dən Hindistan istehsalı olan siroplarla bağlı xəbərdarlıq
15.10.2025 03:34 Dünya

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bazar ertəsi Hindistanda istehsal olunan üç təhlükəli öskürək siropu ilə bağlı xəbərdarlıq edərək səlahiyyətliləri bu dərmanların öz ölkələrində aşkarlanması barədə məlumat verməyə çağırıb.

TodayPress TV bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, ÜST dərmanların “Sresan Pharmaceutical”, “Coldrif”, “Rednex Pharmaceuticals Respifresh TR” və “Shape Pharma” əczaçılıq şirkətlərinin xüsusi partiyalarına aid olduğunu müəyyən edib.

ÜST keyfiyyətsiz məhsulların əhəmiyyətli sağlamlıq riski yaratdığını və ciddi, potensial həyati təhlükəsi olan xəstəliklərə səbəb ola biləcəyini açıqlayıb.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər