Ursula Fon der Lyayen Trampla danışdı
Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen və ABŞ Prezidenti Donald Tramp iyulun 6-da telefon danışığı aparıblar.
TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” agentliyi Avropa Komissiyasına istinadən məlumat yayıb.
Tərəflər arasında fikir mübadiləsi baş tutub.
“Biz ABŞ ilə gömrük tarifləri üzrə razılaşma əldə etmək istəyirik. Məqsədimiz uduzan deyil, qarşılıqlı faydalı nəticələr əldə etməkdir”, – deyə Komissiya sədri jurnalistlərə açıqlamasında bildirib.
Qiymət Mahir