Ukraynada yeni hökumət bu həftə formalaşa bilər

Ukraynada yeni hökumət bu həftə formalaşa bilər
14.07.2025 09:55 Dünya

Ukraynada yeni Nazirlər Kabinetinin artıq bu həftə formalaşdırılması gözlənilir.

TodayPress TV xəbər verir ki, bu barədə "RBC-Ukrayna" "Telegram" kanalında məlumat yayıb.

Mənbələrin sözlərinə görə, prezident Volodimir Zelenski hökumət dəyişikliyi ilə bağlı qərar verib.

Məlumata əsasən, hazırkı Baş nazir Denis Şmıqal yeni hökumətdə müdafiə naziri postunu tuta bilər.

Ukrayna mediasının yaydığı digər məlumatlara görə, Zelenski yeni Baş nazir vəzifəsini birinci vitse-premyer Yuliya Sviridenkoya təklif etməyi planlaşdırır. Hazırkı müdafiə naziri Rustem Umerov isə Ukraynanın ABŞ-dəki səfiri təyin olunacaq.

Qiymət Mahir

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər