Ukraynada hərbi vəziyyət LƏĞV OLUNA BİLƏR

Dünya

13.02.2026 12:16

Ukraynada prezident seçkilərinin keçirilməsi üçün hərbi vəziyyətin ləğvi gündəmə gələ bilər.

TodayPress TV xəbər verir ki, bu barədə “RBK-Ukrayna” nəşri mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, ilkin plan seçkilərin hərbi vəziyyət dövründə keçirilməsi olsa da, hakimiyyət bunun praktiki mexanizmini müəyyənləşdirə bilməyib. İşçi qrupunda formalaşan ümumi rəyə görə, hərbi vəziyyət şəraitində seçkilərin təşkili mümkün deyil.

Mənbələrdən birinin sözlərinə görə, hərbi vəziyyətin ləğvi qaçılmaz görünür, lakin onun yerinə alternativ hüquqi rejim tətbiq oluna bilər. Çünki mobilizasiya da daxil olmaqla bir çox proseslər məhz hərbi vəziyyətə bağlıdır və onun birdən-birə aradan qaldırılması idarəetmədə problemlər yarada bilər.

Nəşr yazır ki, Ukraynada seçkilərin hərbi vəziyyət dövründə keçirilməsinin mümkünsüzlüyü mövqeyi Parlament Assambleyası Şurası Avropa tərəfindən də dəstəklənib və bu yanaşma işçi qrupunun mövqeyini gücləndirib.

İşçi qrupunda ilkin razılaşmaya görə, ilk keçiriləcək seçkilər prezident seçkiləri olmalıdır. Məntiq ondan ibarətdir ki, onların təşkili parlament seçkilərinə nisbətən daha sadədir. Təxmini qrafikə əsasən, hərbi vəziyyət başa çatdıqdan bir ay sonra prezident seçkiləri elan oluna, altı ay hazırlıq mərhələsi və 90 günlük seçki prosesi nəzərdə tutula bilər. Lakin bu vaxt çərçivəsinin hərbi vəziyyətin nə zaman ləğv olunacağından birbaşa asılı olduğu vurğulanır.

Eyni zamanda, “Financial Times” nəşri mənbələrə istinadən iddia edib ki, fevralın 24-də Volodimir Zelenski prezident seçkilərinin və Rusiya ilə mümkün sülh razılaşması üzrə referendumun elan oluna biləcəyini bildirib. İddialara görə, hər iki səsvermə mayın 15-dək keçirilə bilər. Lakin Zelenski bu planlardan xəbərsiz olduğunu açıqlayıb.

Qiymət Mahir

tag: Ukrayna,PASE,Zelenski ,Hərbi vəziyyət,Todaypress.tv,