Ukraynada hərbi komissarlıqda partlayışlar baş verdi

Ukraynada hərbi komissarlıqda partlayışlar baş verdi
07.07.2025 13:46 Dünya

Ukraynanın Xarkov və Zaporojye vilayətlərində yerləşən regional ərazi çağırış mərkəzlərinin (TÇM) binalarında və yaxınlıqdakı ərazilərdə partlayışlar baş verib.

TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Quru Qoşunları məlumat yayıb. 

Hadisə nəticəsində dörd hərbçi yaralanıb, əraziyə təcili yardım xidmətləri cəlb olunub.

Bundan əvvəl rusiyalı hərbi müxbir Aleksey Voevoda iddia edib ki, bəzi Ukrayna vətəndaşları "Telegram" vasitəsilə Rusiya qüvvələrinə bu mərkəzlərin koordinatlarını ötürürlər. Onun sözlərinə görə, bu məlumatlar dron hücumları üçün istifadə olunur və hətta "Google" xəritələrində “sifarişlər qəbul edildi” kimi qeydlər paylaşılıb.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər