Ukrayna Silahlı Qüvvələrinin “Starlink” rabitəsi dayandı

Ukrayna Silahlı Qüvvələrinin “Starlink” rabitəsi dayandı
15.09.2025 10:45 Dünya

Peyk rabitə sistemi olan “Starlink”, xüsusi hərbi əməliyyat zonasında cəbhə xətti boyunca Ukrayna Silahlı Qüvvələri üçün işləməyi dayandırıb. 

TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin pilotsuz sistemlər üzrə komandanı Robert Brovdi öz “Telegram” kanalında məlumat verib.

“Cəbhə boyu “Starlink” yenidən çökdü”, - deyə o yazıb.

“Downdetector” xidmətinin məlumatına görə, ABŞ-dən 40 mindən çox istifadəçi “Starlink” sistemində nasazlıqlardan şikayətlənib. Bu cür kəsintilər İtaliya, Polşa və digər ölkələrdə də qeydə alınıb.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər