Ukrayna Rusiyaya ağır zərbələr endirməyə davam edir
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Kerçdə Rusiyaya məxsus bir sıra hərbi hədəflərə zərbələr endirdiyini bildirib.
TodayPress TV xəbər verir ki, hücum nəticəsində Rusiyanın hərbi kəşfiyyatı üçün inşa edilmiş və dəniz minalarının yerləşdirilməsi məqsədilə istifadə olunan Volqa və Vyatka kabel gəmiləri vurulub.
Bildirilir ki, bu gəmilərin hər birinin dəyəri yüz milyonlarla dollar təşkil edir.
Bundan əlavə, Ukrayna pilotsuz uçuş aparatlarının demək olar ki, tikintisi başa çatmış "Petropavlovsk" hərbi bərəsinə, radiolokasiya stansiyasına, eləcə də Kerç boğazını qoruyan S-400 zenit-raket kompleksinin bəzi elementlərinə də zərbələr endirdiyi qeyd olunub.