Ukrayna Rusiyanın strateji hərbi zavodunu vurdu - VİDEO
Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Volqoqrad şəhərində yerləşən "Titan-Barrikady" müdafiə sənayesi zavoduna zərbə endirdiyi bildirilir.
TodayPress TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Məlumata görə, hücum FP-5 "Flamingo" raketləri ilə həyata keçirilib. Hədəf alınan müəssisə Rusiyanın mühüm hərbi zavodlarından biri hesab olunur. Burada buraxılış qurğuları, artilleriya sistemləri, eləcə də "İsgəndər-M", "Yars" və "Topol-M" raket kompleksləri üçün komponentlər istehsal edilir.
Zavoda dəyən ziyanın miqyası və mümkün itkilərlə bağlı məlumatlar dəqiqləşdirilir.
Türkan İsgəndərli